The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Saç Əkilmesi

SAÇ ƏKİLMƏSİ

Keçəlliyin səbəbi olaraq saçlı dərinin yetərsiz qan dövranı, vitamin çatışmamazlığı, qabıqlanma və hətta papaq taxmaq kimi amillər göstərilsə də bunların heç birinin doğru olmadığı isbat olunmuşdur. Siqaret, yaşlanma, hormonal dəyişikliklər, irsi xəstəlik, hədsiz kökəlmə və ya hədsiz arıqlama, uzun müddət davam edən hərarətli xəstəliklər, bəzi dərmanların qəbul edilməsi və ya qəbul edilməməsinin qəflətən kəsilməsi, yanıq və ya travma kimi amillər saçınızın tökülməsinə səbəb ola bilər.


SAÇ ƏKİLMƏSİ ƏMƏLİYYATI HAQQINDA DÜŞÜNÜRSÜNÜZMÜ?
sac ekilmesi

Saç tökülməsi, xüsusilə, yaşlanma, hormonal dəyişikliklər və irsi keçəlliyə meyl kimi amillərin birləşməsi nəticəsində ortaya çıxır. Saç tökülməsi nə qədər erkən başlayarsa, keçəlliyin şiddəti bir o qədər ağır olur. Saç tökülməsi travma və ya yanıq kimi səbəblərdən asılı ola bilər, ancaq bunlar bərpa əməliyyatı ilə müalicə olunur. Saçınızın tökülməsi sizi narahat edəcək səviyyəyə çatarsa, bu mövzu ilə bağlı plastik cərrahla görüşməyiniz sizi rahat edəcəkdir. Siz və plastik cərrahınız saç əkilməsinin sizin üçün ən yaxşı həll yolu olduğuna qərar verdiyiniz zaman bu əməliyyatın plastik cərrahlar tərəfindən 30 ildən artıq həyata keçirildiyini öyrənmək sizə inam verəcəkdir.



Yan tərəfdəki sxemdən də göründüyü kimi saç tökülməsinin yayılması Norwood qruplaşdırılmasında göstərilən mərhələlərdə olur. Sxemdə görülən şəkillərdən biri sizin saç tökülməsinə uyğun gələcəkdir. Saç tökülməsi şəkilləri bir-birinə bənzəməklə yanaşı saçların bərpa olunması şəxsi bir tətbiqdir. Xüsusilə ön saç xətti üz ifadənizin çox mühüm bir ünsürüdür və təbii görünüşlü saç xəttinin yaradılması son dərəcə əhəmiyyətlidir. Norwood qruplaşdırılmasında görülən ilk 6 dərəcəli saç tökülmələrində saçı bərpa etmək şansı vardır. Ancaq dərəcə artdıqca cərrahi bərpa getdikcə çətinləşir, cərrahın bacarığı və təcrübəsi daha çox əhəmiyyət qazanır.



ƏMƏLİYYATDAN ƏVVƏLKİ QİYMƏTLƏNDİRMƏ

Bilinməlidir ki, bütün saç əkilməsi əməliyyatı texnikalarında sizin öz saçlarınızdan istifadə edilir. Əməliyyatın məqsədi mövcud olan saçların ən təsirli şəkildə istifadə edilməsini təmin etməkdir. Saç əkilən namizədlərin başının yan və arxa tərəfindəki donor olaraq istifadə olunacaq bölgələrində sağlam saç inkişafı mövcud olmalıdır. Donor sahələr saç köklərinin və ya saçlı dəri namizədlərindən alınacaq saçlı dəri bölgələri deməkdir. Saçın rəngi, sıxlığı, qalınlığı, qıvrım və ya düz olması kimi digər amillər də nəticəyə təsir göstərəcəkdir. Saç əkilməsi əməliyyatlarında bir çox texnikadan istifadə olunur. Bəzi hallarda birdən çox texnikanın bir yerdə istifadə olunması ən yaxşı nəticə alınması üçün lazım olur. Çox nazik və çox az saçı olan şəxs saç əkilməsi əməliyyatı üçün uyğun namizəd olmaya bilər. Həkiminiz ilk müayinədə saçınızın uzanması və tökülməsi ilə bağlı suallar verəcək, ailənizdəki saç tökülməsi halını araşdıraraq sizin üçün ən müvafiq əməliyyatı planlaşdırmağa çalışacaqdır. Uğurlu bir saç əkilməsindən sonra xarici görünüşünüz daha yaxşı hal alarkən özünüzə olan inamınız artacaq, ətrafdakılarla yeni əlaqələr qurarkən özünüzü daha güclü hesab edəcəksiniz, ancaq bu idealınızdakı görünüşə qovuşmağınız və ya insanların sizə qarşı olan münasibətinin dəyişməsi üçün yetərli olmaya bilər. Əməliyyata qərar verməzdən əvvəl ehtimallarınızı yaxşı müəyyən edərək bunları plastik cərrahınızla müzakirə etmək məsləhət görülür.



Tətbiq olunacaq anesteziya

Hansı saç əkilməsi əməliyyatı tətbiq olunarsa-olunsun üstünlük verilən anesteziya şəkli yerli anesteziyadır. Yerli anesteziya ilə yanaşı xəstəni rahat edəcək yüngül bir sakitləşdirici də tətbiq olunur. Beləliklə, əməliyyat zamanı saçlı dəriniz ağrı hiss etməyəcəkdir.



Tətbiq olunacaq yer

Əməliyyat mütləq bir xəstəxanada və ya ambulator klinikaya aid bir əməliyyatxanada steril şərtlər altında keçirilməlidir. Saç əkilməsi üçün xəstəxanada yatmaq vacib deyildir. Yüksək texnologiya ilə təchiz edilmiş ambulator klinikada steril və təhlükəsiz şərtlərlə əməliyyat oluna bilərsiniz. Saç əkilməsi bu sahədə təcrübəsi olan bir plastik cərrah tərəfindən tətbiq olunduğu zaman təhlükəsiz cərrahiyyə metodudur. Hər bir əməliyyatda ola biləcəyi kimi infeksiya, yaraya pis qulluq edilməsi, xəstənin yarasının gec sağalması kimi səbəblər əməliyyatın nəticəsinə mənfi təsir göstərə biləcək amillərdir.



SAÇ ƏKİLMƏSİ ƏMƏLİYYATLARI METODU


1. FUT texnikası: Saçlı dəri zolağı kəsilərək və çıxarılaraq bir-bir saç kökləri ayrılır.
2. FUE texnikası: Saç kökləri xüsusi bir alətlə bir-bir götürülür.



Saç əkilməsində əldə edilən son nöqtə mikroqreftlərin tətbiq olunduğu mikroimplantasiya texnikasıdır. Bu metod ən ideal görünüşü təmin edir. Bu texnikanın məqsədi başınızın arxa hissəsində mövcud olan saçlarınızın, ümumiyyətlə, bir saç kökü, bəzən ehtiyca görə ikili və ya üçlü saç kökü qrupları halında saçsız hissəyə daşınmasıdır. Ənsə hissəsində yerləşən saçlar genetik olaraq daha çətin tökülür. Saç əkilməsi əməliyyatı bu hissədəki uzun ömürlü saç köklərini saçsız hissələrə daşınması əməliyyatıdır. Bunlar 1-2 və ya 3 saç kökünü əhatə edən mikro və ya mini qreftlər halındadır. Əkilmə istiqaməti uyğun və dərinlikləri yetərli olmalıdır.



FUT texnikasında bütün saçlar qırxılmır. FUT texnikasında kişilərdə bütün saçlar qırxılmalıdır, qadınlarda ehtiyac yoxdur. FUT texnikasında bütün saçlar qırxılmır. FUT texnikasında kişilərdə bütün saçlar qırxılmalıdır, qadınlarda ehtiyac yoxdur.



Müasir saç əkilməsi

Ənsə hissəsindəki saçlı dəridən punch və ya bistüri ilə götürülən saç köklərinin saçsız bölgələrə bir-bir əkilməsi əməliyyatıdır. Saç əkilməsi zamanı saç əkiləcək hissədə mövcud olan saçlar kəsilmir. Saç kökü götürüləcək ənsə hissəsində saçlar qısaldılır.



Bütün bu metodların biri və ya bir-neçəsi birlikdə istifadə olunmaqla yanaşı saç əkilməsi əməliyyatında xüsusilə saçın demək olar ki, hamısının töküldüyü hissələr üçün birdən çox seans tətbiq oluna bilər.



ƏMƏLİYYATDAN SONRAKI MÜŞAHİDƏ

Əməliyyatdan sonra özünüzü necə hiss edəcəyiniz edilən əməliyyatın böyüklüyü və kompleksindən asılıdır. Saçlı dərinizdəki kəsiklərin sağalmasını yoxlamaq məqsədiylə plastik cərrahınız əməliyyatdan sonra ilk 10 gün ərzində müxtəlif vaxtlarda sizi görmək istəyəcəkdir. Plastik cərrahınızın bu müayinələr zamanı verəcəyi məsləhətlərini diqqətlə yerinə yetirməyiniz məsləhət görülür. Əməliyyatdan bir-neçə gün sonra işinizə qayıdıb yüngül fəaliyyətə başlayacaq qədər özünüzü normal hiss etməyiniz normal haldır.


• Əməliyyatdan sonra məsləhət görülən ağrıkəsicilər bütün ağrı və gərginlik hisslərini yoxlayacaqdır.
• Əməliyyatdan sonra ilkin dövrdə üzünüzdə yüngül şişkinlik olacaqdır. Bu hal bir-neçə gün ərzində avtomatik olaraq tamamilə düzəlir.
• Əgər bandaj istifadə olunubsa, əməliyyatdan sonrakı birinci gün ərzində çıxarılacaqdır.
• Bütün tikişlər 10 gündən sonra sökülür.
• Hədsiz fəaliyyət göstərmək saçlı dəridə olan qan dövranını atıraraq dəri kəsikləri və ya saç əkilmələrinin qanaxmasına səbəb ola biləcəyi üçün ağır işlərdən və yaxın təmas edən idman növlərindən uzaq durmalısınız.
• Saç əkilməsindən 3-4 həftə sonra əkilən saçlar tökülərək saç hüceyrələri üçün istirahət və uyğunlaşma dövrü başlayacaqdır.
• Əməliyyatdan təxminən 6-18 ay sonra yeni saçlarınızın uzanmağa başladığını görəcəksiniz.
• Əməliyyatdan sonra cinsi fəallıq 10 gün, ağır məşqlər və idman 6 həftə məhdudlaşdırılmalıdır.
• Əməliyyatdan əvvəl və sonra 20 gün siqaret çəkməyin.
• Əməliyyatdan sonra məsləhət görüləcək dərmanları müntəzəm olaraq qəbul edin.
• Əməliyyatdan sonra saçınızı 15 gün sıx daraq və fırça ilə daramayın.
• Saçınızı ən az 45 gün xüsusilə turşu tabletli boyalarla boyamayın, perma etdirməyin.
• Əməliyyatdan sonra saçlarınızın sağlamlığı üçün həkiminizin məsləhət görəcəyi dəri üçün uyğun pH dəyərindəki şampunlar və yuma proqramlarını tətbiq etməlisiniz.



Saçlı dəri kəsikləriniz sağaldıqdan sonra daha təbii görünüş əldə edilməsi məqsədiylə kiçik bir toxunma adlanan əməliyyat tələb oluna bilər. Bəzən bu halda saç xətti mini və ya mikro saç qreftləri ilə bərpa edilə bilər.