Müqəddimə
Onep Klinikası
Estetika Cərrahları
Müayinə
Mətbuatda Onep
Estetika Turizmi
Jurnallar
Əlaqə
Bizdən Xəbərlər
(Amerika'da yayınlandı. Halen Baylor Üniversitesinde ve Hacettepe Üniversitesinde klinik ve araştırmada başarı... <
DEVAMI
{1}
##LOC[OK]##
{1}
##LOC[OK]##
##LOC[Cancel]##
{1}
##LOC[OK]##
##LOC[Cancel]##
(+90) 212 283 92 70 Pbx
Estetikəsə Qiyməti
Yeni
Burun Estetikası
Üz Estetikası
Asma Texnikaları
Akne İzləri
Döş Estetikası
Bedən Estetikası
Saç Əkilmesi
Doğuştan Olan Xəstəliklər
Edinsel Xəstəliklər
The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management
Onep Klinikası
ONEP mərkəzi Professor-Həkim
Onur Erol
tərəfindən 1981-ci ildə Ankara şəhərində yaradılmış, 1985-ci ildə İstanbul şəhərinə köçmüşdür. 11 il boyunca Şişli rayonunda xidmət göstərən ONEP, xəstələrini xəstəxanada yatmadan əməliyyat edə bilmək və eyni gün xəstəxanadan buraxa bilmək məqsədilə mərkəzini müstəqil yeni binasına köçürmüşdür.
Tam təşəkküllü
"Ambulator Müalicə Mərkəzi"
(Outpatient Clinic) kimi ONEP Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası plastik cərrahlar qrupuyla 1996-cı ildə Leventdə yaradılıb.
1200 kv.m iş sahəsinə malik olan klinikada, iki əməliyyat otağı, dörd müalicə vahidi vardır.
Plastik Cərrahiyyə üzrə İxtisasdan Sonra təhsil verən Onep 31 Plastik Cərraha altı ay ilə on iki ay arasında dəyişən müddətlərlə ixtisasdan sonrakı təhsili vermişdir. Bu yanaşma hələ də davam etməkdə olmaqla, hər bir dövr üçün iki mütəxəssis təhsilə qəbul olunur.
1981-ci ildən Türkiyədə maliyyə vəziyyəti qeyri-kafi, anadangəlmə damaq və dodaq yarığı, çömçə qulaq kimi plastik cərrahi cəhətdən qüsurlu uşaqlara kömək etmiş olan Onep qrupu, 2003-cü ildə daha çox uşağa çata bilmək üçün
Plastik Cərrahi Cəhətdən Qüsurlu Xəstələrə Kömək və Plastik Cərrahiyyəni İnkişaf Etdirmə
adlanan xeyriyyə fondunu yaradıb.
Hər ay "dodaq-damaq yarıqları, üz -çənə, kəllə-sifət cərrahiyyəsinin" xəstələri üçün bir şura yığıncağı keçirilir və burada elmi olaraq plastik cərrahi cəhətdən qüsurlu uşaqlar müzakirə edilir. Üzvləri plastik cərrah, ortodont, uşaq həkimi, beyin cərrahı, loqoped və psixoloqdan ibarət olan bu şuranın müzakirələrini dinləmək üçün bir çox gənc plastik cərrah bu yığıncaqlarda iştirak edir, müxtəlif mövzularda iştirakçılara təhsil kursları verilir.
2003-cü ilin iyun ayında
ONEP
ailəsinə, Maya Residence daxilində Etiler-M-ONEP,
2006-cı ilin noyabr ayında da Caddebostan
m-Onep,
əməliyyatsız gözəllik mərkəzləri əlavə olunmuşdur.
2012-ci il yanvar ayından etibarən isə Nişantaşında yeni yerinə köçən M-Onep hələ də orada xidmət göstərməyə davam edir. Etiler M-ONEP 2012-ci il iyul ayından Maya Residence-in yaxınında, Tarixi Sarı Villaya köçərək orada xidmət göstərməyə davam edir.