The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Döş Estetikası




Estetik Döş Qaldırma  Estetik Döş Böyütme  Estetik Döş Balacalaşdırma 
     
 Jinekomasti  Döş Rekonstruksiyası  Döş Bərabərsizlikləri
                                        



DÖŞ SİLİKONUNUN HEKAYƏSİ 
Döşləri balaca olan və ya heç olmayan qadınlarda illərcə döşləri böyütmək üçün fərqli əməliyyatlar sınanmış ancaq bu cərrahi müdaxilələrdən sonra gözlə görünən izlər qaldığı üçün fərqli tətbiq axtarışlarına girilmişdir. Xarici maddələrin döş (sinə) bölgəsinə əlavə edilməsiylə döşlərin böyüdülməsinin mümkün olub olmayacağıyla bağlı düşüncələr işığında müxtəlif maddələr sınanmış amma təəssüf bu sınaqların hamısı uğursuzluqla nəticələnmişdir. Şəkil pozulmuş komplikasyonlara qədər bir çox problemlə qarşılaşılmasına baxmayaraq 1961-ci ildə ABŞ-də mənim olduğum universitetin Baylor Fakultəsində müəllim olan plastik cərrah Dr. Gerow, döşləri böyütmək üçün xüsusi bir protez dizaynı hazırladı. Dr. Gerow-un dizaynı müəllimi olan Dr. Cronin tərəfindən təsdiqləndikdən sonra Dowcorning firması ilk dəfə köpəklər üzərində sınanması üçün silikon protezlər yaratdı. Kisə içindəki gel silikon tipində olan bu ilk silikon protezlər bir illik araşdırmaların arxasından köpəklərdə uğurlu nəticələr verdi və beləliklə bu dəfə insanlarda istifadə ediləcək silikon protezlerin hazırlanmasına başlandı. 1962-ci ildə ilk dəfə Houstonda olan bir xəstəyə silikon protez taxıldı. Son dərəcə uğurlu nəticələnən bu tarixi əməliyyatın ardından milyonlarla insana silikon protezlər tətbiq edildi. Bu bənövşəyi müddət, bir foto modelin istehsalcı markaya dava açmağıyla 12 il əvvələ qədər fasiləsiz davam etdi. Davanın səbəbi isə silikon protezlərin xərcəngi gizlətməsiydi. ABŞ-də vəkillərin %50-%50 razılaşaraq xəstələri tək-tək axtarmağla bir ticarət sektoruna çevrilən bu işin nəticəsində bir çox dava açıldı ki, istehsalçı firma təzminatların ağır yükü altında əzilərək iflasını açıqladı.

Bu müddətdə silikon protezlər çox yersiz qınağa məruz qaldığı üçün silikonlar universitetlər tərəfindən yenidən incələməyə alındı. Bir çox fərqli universitetin qatıldığı bu elmi araşdırmalara, mediyadan çəkinən Amerikan Səhiyyə Nazirliyi (FDA) qatılmadı ve özünün müstəqil araşdırmalarını davam etdirməyi üstün tutdu. Edilən bütün bu müstəqil araşdırmaların nəticəsində silikon protezlərin insan bədəninə heç bir zərəri olmadığı şübhə götürməz halda ortaya çıxarıldı. Sınaq və klinik araşdırmaların birbirini dəstəkləməsiylə adı təmizə çıxan silikonların heç bir zərəri olmadığı bütün həkimlərə bildirildi.
Yaşanan bu sıxıntılı müddətin ən böyük üstünlüyü isə Amerikan Səhiyyə Nazirliyinin nüfuzunu qoyaraq, silikon protezlərin daha da keyfiyyətli şəkildə düzəldilməsini təmin etmək oldu. Silikon keyfiyyətində böyük inkişafların yaşandığı bu müddət bitincə silikon protezlərdə istifadə olunan Kohesif gellər daha böyük hissələr halına gəldi və beləliklə protez kəsilsə belə gel axıntısı olmayan silikonlar istehsal edilməyə başlandı. Bunun kimi bir silikonda axma problemi olmayacağından tək problem sərtləşmə (kapsul əmələ gəlmə) riski də azalmış oldu. Silikonun keyfiyyətli olması da əhəmiyyət qazandı və FDA təsdiqi alan silikonlara üstünlük verilməyə başlandı.

Üç cür döş silikon tipi vardır:
1.  Silikon kisə içində gel olan
2.  Silikon kisə içində sərəm fizioloji olan
3.  Silikon kisə içi boş olub, sonradan şişirdilən

Bu silikon növləri də öz aralarında üstü qabarmış və düz olmaq üzrə iki tipə ayrılır.
Poliuretan qablı silikonlar, döş sərtləşməsində yəni kapsul formasında ən az riskə sahib olan silikonlardır. Yüz və ya iki yüz xəstənin yalnızca birində kapsul yəni sərtləşmə olmaqdadır ki, bu digər silikon tiplərində 10%-ə yaxın ola bilən bir riskdir. Şübhəsiz ki, bu söylənənlər yüksək keyfiyyətdə olan silikonlardır. Bu silikonlar normal qadın döşü şəklində və tamamilə yuvarlaqdır. İkinci tip anatomik silikonların  üst hissəsi daha yastı və alt bölümü daha çıxıntılı olur. Ticarət məqsədiylə bu silikonlara damla silikon adı verilmiş olmağına baxmayaraq əsasən damla silikon diyə bir maddə tapilmamaqdadır. Xəstənin döş qəfəsi quruluşuna və estetik cərrahiyyə tipinə görə hansı tip silikon istifadə olunacağına qərar verilməkdədir.
Anatomik silikon iki səbəblə istifadə olunur;
1.  Əzələ altına tətbiq edildiyində döşün üst tərəfində, döş qəfəsi divarında böyük bir şişginlik əmələ gəlməməsi üçün
2.  Döş qəfəsi divarının üst tərəfində çıxıntı olduğu halda bu bölümə daha incə silikon tətbiq edilməsiylə, daha düzgün bir görünüş təmin edilməsi üçün
 
SİLİKON BƏDƏNDƏ NƏ QƏDƏR QALIR?

Houston Baylor universitetində Dr. Spira 2011-ci ildə İstanbulda bir konfrans verdi və 1962-ci ildə ilk silikonun tətbiq edildiyi xəstədəki nəticəni bu konfransda bizimlə bölüşdü. Xəstə aradan keçən uzun illərə baxmayaraq silikonlarıyla sağlam bir həyat keçirmiş və döşlərinin hələ də çox gözəl göründüyünü də slaydlarla bizlərə göstərdi. Silikonların 5-10 il kimi bir müddətdə köhnəldiyini deyən bir neçə məqalə çapına, daha sonra əksini deyən bir neçə fərqli qarşılıq verən məqalə çıxdı. Lakin uzun zamandır silikonlarıyla rahat ve sağlıqlı bir ömür sürənlərin sayının çox olması, hamımıza rahat olmasını göstərir. Həddindən artıq kapsul əmələ gəlməsi görünmürsə, radyolojik tətqiqlərdə hər hansı bir patologiya olmayıbsa silikonların dəğişdirilməsinə ehtiyac yoxdur.

SİLİKON DÖŞ PROTEZLƏRİNİN ƏMİZDİRMƏYƏ TƏSİRİ VARMI?

Süd ifraz olmasına və əmizdirməyə heç bir neqativ təsiri olmayan silikon protezlər, döş vəzisinin altına yerləşdirilir və bu silikonların süd kanallarıyla heç bir əlaqəsi yoxdur.

VACİB QEYD: PIP (Poly Implant Prothese) protezlərin istehsalı Fransada dayandırılmışdır.
Klinikamızda heç bir həkimimiz tərəfindən bu marka protez istifadə edilməmişdir. Başqa yerlərdə bu protezi taxdırıb klinikamıza bu protezləri çıxartmaq üçün gələn xəstələrimiz olub və bu protezlər çıxarılmışdır. Bu protezin sağlıqsız olaraq döş içinə yayıldığı və reaksiya göstərdiyi görülmüşdür.

ƏMƏLİYYAT SONRASI BAXIM ÜÇÜN MƏLUMATLAR

•         Əməliyyatdan sonrakı ilk iki gün, qollarınızı mümkün olduqca az hərəkət etdirməlisiniz.
•         Əməliyyatdan sonrakı ilk iki həftə arxası üstündə yatmalısınız.
•         İlk həftə içində qol hərəkətliliyinizi minimuma azaldaraq, ağır qaldırmaqdan uzaq durmağa və maşın sürməməyə diqqət edin.
•         Ümumiyyətlə 6-cı və ya 7-ci gün bandajlarınız həmşirə tərəfindən alınıncaya qədər sinə bölgənizi islatmayın.
•         Döşlərinizdə ağrı və şişkinliklər ola biləcəyi kimi, bəzən göyərmələr də görülə bilər. Bundan başqa döşlərdə ilk vaxtlarda hissizlik də anormal bir hal deyildir.
•         Ağrı kəsicilərə yalnız rahatsızlıq hiss etdiyinizdə əl atın və antibiyotiklərinizi ilk həftə müntəzəm şəkildə istifadə etməyə diqqət edin. Şişkinliklərinizi azaldan dərmanı isə bir ay ərzində istifadə etməyə davam edin və həkiminizdən soruşmadan dərman istifadəsini buraxmayın.
•         1,5 ay ərzində qətiyyən aspirin və aspirin tərkibli dərmanları istifadə etməyin.
•         Sarğı və müayinələr üçün randevu almağı unutmayın.
•         Əməliyyatdan 3 həftə sonra 1000 Ü E vitamininə başlayın və 6 ay nizamlı istifadənin sonrasında bir ay ara verib, təkrar 6 ay bu dəfə 400 Ü olanı istifadə edin və 6 ayda bir 1 ay ara verib təkrar istifadə edin.
•         21-ci gündən etibarən həkiminizdən öyrəndiyiniz masajlara başlayın. 3 həftə keçdiktən sonra yeni masaj tipini öyrənmək üçün həkiminizi ziyarət edin və bu masajı tətbiq etməyə başlayın.


Videoda Prof. Dr. Onur Erolun Döş Estetikası və Protezlər ilə əlaqəli söhbətini izləmək üçün basın....




Prof Dr.Onur EROL, Beynəlxalq Estetik Cərrahiyə Dərnəyinin (ISAPS), XIAN ÇİNdə təşkil etdiyi Təlim

Kongresində döş estetik cərrahiyyəsi ilə əlaqədar aşağıdakı mövzularda konfranslar vermişdir. Və bütün konfransları 625 Çinli estetik plastik Cərrahiyyə Həkimi tərəfındən böyük bir maraq ilə izlənmişdir. 

“Döş (Döş qəfəsi) sallanmalarının estetik cərrahiyyədə Onur Erol metoduyla izsiz olaraq düzəldilməsi” mövzulu 30 dəq.sürən konfrans
“Xərçəngdən sonra döşü götürülən xəstələrə yenidən estetik döş düzəldilməsi” mövzusunda 30 dəq sürən konfrans
“Estetik Döş (Döş qəfəsi)” iclasını sədr olaraq idarə etdi.

















 “Prof. Dr. Onur Erol özü inkişaf etdirdiyi “Döş dikləşdirmə” metodunu Praga Estetik Cərrahiyyə Kursunda plastik cərrahlara izah etmişdir.”