The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Doğuştan Olan Xəstəliklər




Anadangəlmə Dodaq Və Damaq Yarıqları

  1. Dodaq və damaq yarıqlarının səbəbləri
  2. Qidalanma və əməliyyata hazırlıq
  3. Cərrahi müalicə
  4. a) Dodaq yarığının müalicəsi
    b) Damaq yarığının müalicəsi
    c) Əməliyyatdan sonrakı qulluq
    d) Əməliyyatdan sonrakı mərhələ və şuranın əhəmiyyəti
  5. Ortodontiya
  6. Nitq müalicəsi
  7. İnkişaf əsnasındakı cərrahi müalicələr
  8. a) Cleft nose (dodaq yarığının burun deffekti) dodaq yoxlamaları və digər yoxlamalar.
    b) Ortoqnatiya cərrahiyyəsi (çənə cərrahiyyəsi)
    c) Estetik burun əməliyyatı

Anadangəlmə Dodaq Və Damaq Yarıqının Səbəbləri

Uşaq dünyaya gəlmədən əvvəl ana bətnində dörd ilə yeddinci həftə arasında dodaq, yeddi ilə on ikinci həftə arasında da damaq inkişafını tamamlayır. Bu zaman müxtəlif amillərlə (genetik, ətraf mühitin təsirləri, şüalanma, istifadə edilən dərmanlar və s.) inkişaf edən toxumalar birləşməyərək dodaq yarığı və ya damaq yarığı meydana gələ bilər. Min doğuşdan birində meydana gələ biləcək bu anadangəlmə forma deffekti üst dodaqda bir ayrılma varsa “dodaq yarığı” adlandırılır və ya ağız içində damağın aşağı hissəsində birləşməmə olarsa iki min doğuşdan bir görülən bu anadangəlmə deffekt də “damaq yarığı” adlandırılır. Dodaq və damaq yarıqları təkbaşına və ya birlikdə olaraq eyni uşaqda yarana bilər. Dodaq və damaq yarıqlı uşaqların müalicəsi zamanı çox böyük inkişaflar təmin edilmiş və inkişaflar sayəsində bu uşaqların sosial həyata uyğunlaşması fövqəladə şanslı bir vəziyyətə gətirilmişdir. Ancaq bu yarıqların ölçülərinin birlikdə olması və yüngül və ya hədsiz olması ediləcək müalicələrin keyfiyyət və uzunluğuna birbaşa təsir göstərəcək və əldə ediləcək nəticələrin keyfiyyətinə təsir göstərəcəkdir.


Cərrahi Müalicə

Dodaq və damaq yarıqlarında təcrübəli, ixtisaslaşdırılmış plastik cərrah tərəfindən edilən əməliyyat nəticələri olduqca müsbətdir. Buna baxmayaraq hər hansı bir əməliyyatda olduğu kimi cərrahiyyə ilə bağlı risk və xüsusi ağırlaşmalar da ola bilər. Bu uşaqlar təcrübəli bir anestezioloq tərəfindən yatırılmalıdır. Dodaq yarığı bərpasında tez-tez təsadüf edilən problem ağız və burunun bir tərəfinin digər tərəfə uyğun olmaması yəni asimmetriyadır. Yarıq dodaq bərpasındakı məqsəd üst dodaqdakı ayrılmanı bağlamaq, normal funksiyalı və normal görünüşlü bir dodaq yaratmaqdır. Əgər bunlar ilk əməliyyat zamanı təmin olunmursa, ikinci bir əməliyyat tələb oluna bilər. Yarıq damaq bərpasındakı məqsəd ağızın yuxarı hissəsindəki açıqlığı bağlayaraq uşağın rahat yemək yeyə bilməsi və düzgün danışa bilməsini təmin etməkdir. Bəzən damaqdakı gec sağalma və ya pis danışma ikinci bir əməliyyatın keçirilməsini tələb edə bilər. Bu uşaqların qidalanmadan başlayaraq onların inkişaf etməsinə yardımçı olacaq, onları əməliyyata hazırlayacaq bir tibbi proqrama ehtiyac olmasıyla yanaşı yenə bu uşaqların psixoloq nəzarəti altında olmasını təmin edəcək və dişlə bağlı ortodontiya mütəxəssisi tərəfindən yardım alına biləcək həkimə ehtiyacı vardır. Bəzi uşaqlarda əməliyyatdan əvvəl ortodontiya mütəxəssisinin vəziyyətə müdaxilə etməsi və xəstəni cərrahi müdaxiləyə hazırlaması tələb oluna bilər. Bu da xəstədən xəstəyə dəyişən bir hadisə olduğu üçün bu vəziyyət plastik cərrah tərəfindən qiymətləndiriləcək, lazım gəldikdə xəstə birbaşa ortodontiya mütəxəssisinin yanına çağrıla biləcəkdir.


Qidalanma

Dodaq yarıqlı uşaqlar döş əmə bilmədikləri üçün uzun əmzik şüşəsi məsləhət görülür. Həmçinin damaq yarığı olan uşaqlarda oturan vəziyyətdə və ya ayaqda qidalanma uşağın boğazına yeməyin getməməsi üçün əhəmiyyətli bir tədbirdir. Uşağın ağ ciyərinə yeməyin getməsi bu uşağın sağlamlığını əhəmiyyətli dərəcədə pozacaq və əməliyyat olunmasına mane ola biləcək pis şərtləri ortaya çıxaracaqdır. Bu baxımdan qidalanmaya diqqət etmək, uşağı yedizdirdikdən sonra üzü üstə və ya yanakı qoyaraq qusmaqların ağ ciyərə getməsinin qarşısını almaq ana və ata üçün əhəmiyyətli bir tədbir olmalıdır. Bu uşaqlar digər uşaqlar kimi eyni qidalarla qidalanır, digər uşaqlardan heç bir fərqi yoxdur. Sadəcə qidalanma şəkli fərqlidir və buna əhəmiyyət verilməlidir.


Dodaq Yarığının Müalicəsi

Uşaq beş kq və yuxarı, qanı yetərli (hemoqlobin 10 qr-dan yuxarı) və sağlamlığı qənaətbəxşdirsə əməliyyata hazırdır. Ümumiyyətlə uşaq iki yarım – üç aylıq dövrü başa vurduqdan sonra edilən əməliyyatlar daha yaxşı nəticə verir. Həmçinin xəstənin narkozdan daha az təsirlənməsinə səbəb olur. Dodaq yarıqlarında yüngül bir yarıqdan buruna və ağıza qədər uzana bilən hədsiz böyük yarıqlara qədər dəyişə bilən dodaq yarıqları vardır. Uşaq əməliyyat olunması üçün ümumi anesteziya altında yatırıldıqdan sonra dodağın yarıq hissələri qarşılıqlı (əzələlər selikli qişa və dəri ilə birlikdə) gətirilərək tikilir, beləliklə həm funksiya olaraq, həm də estetik olaraq doğru şəkildə əməliyyat edilir. Bu zaman dodaqda burunun aşağı hissəsinə qədər uzanan böyük bir yarıq varsa bu hissədə düzəldilərək burunun aşağı hissəsindəki açıqlıq bağlanılır, hətta burun kənarındakı forma deffektinin əhəmiyyətli bir hissəsi də bərpa edilir. Burun dəliyindəki forma deffekti bu əməliyyat əsnasında mümkün olduğu qədər düzgün hala gətirilir. Əməliyyatdan sonra uşaq bir müddət narahat ola bilər. Ancaq lazım gəldikdə bunun üçün həkim dərman verəcək və uşağın əməliyyatdan sonra daha rahat olmasını təmin edəcəkdir. Uşağın tikiş atılan nahiyəyə toxunmasının qarşısını almaq üçün bir ay müddətinə qolları xüsusi bir qolçaq ilə bağlanaraq hərəkətləri məhdudlaşdırılmalıdır. Əks təqdirdə uşaq tikişləri sökə bilər. Dodaq üzərindəki sarğı bir-iki gün ərzində dəyişdirilə bilər. Tikişlər ümumiyyətlə öz-özünə əriyən tikişlərdir, bəzən söküləcək tikişlər də ola bilər. Bunlar beş – yeddi gün ərzində söküləcəkdir. Anacaq müxtəlif hallarda bu tikişlərin daha çox qalması mümkün olacaq, buna həkiminiz qərar verəcəkdir. Əməliyyatdan bir neçə həftə sonra tikiş xəttinin genişlənməsi və qızarması normal haldır. Tikiş xətti zamanla solğunlaşacaq, ancaq heç bir zaman tamamilə itməyəcəkdir. Yaranın sağalması fərdə görə fərqli olduğu üçün burada da eyni cərraha aid bir əməliyyat nəticəsində insana görə fərqli ola bilər. Ancaq edilən əməliyyatda yara izi anatomik struktura uyğun olaraq gətirildiyi üçün bir çox insanda üst dodaqdakı kölgələnmələr səbəbi ilə izlər görünməz olur. Bu xəstələr müalicədən sonra erkən və gec mərhələdə mütləq yaxşı müayinə olunmalıdır. Dodaq-damaq yarığı olan şəxslərin ildə bir dəfə şuraya baş çəkmələri, şura komandası tərəfindən qiymətləndirilmələri xəstəmiz üçün faydalı olacaqdır.


Damaq Yarığının Müalicəsi

Damaq yarığının müxtəlif tipləri vardır. Ən sadə olanı kiçik dilin yarıq olduğu yüngül formasıdır. Bir az daha çətin olanı yumşaq damaq adlandırdığımız hissə yarığıdır. Bərk damaq, yəni sümük hissəsini əhatə edən damaq yarığı daha ciddi olanıdır. Diş qövsünü də əhatə edən tip isə ən ciddi olanıdır. Sadəcə yumşaq damağı əhatə edən damaq yarıqları altı aylıq olsa belə əməliyyat edilə bilər. Bunların erkən əməliyyat olma səbəbi uşaqların erkən dövrdə normal funksiyaya qovuşdurulması və daha yaxşı danışmaları üçündür. Ancaq bərk damağı da yarıq olan, lakin sümükdə də yarığı olan uşaqlarda bir yaşına qədər əməliyyat üçün gözlənməsi məsləhət görülür. Çünki sümüyün inkişaf etməsində hər hansı bir maneə yaranmaması üçün gecikdirilir. Əvvəllər bu tip damaqlarda yaş yarımına qədər gözlənilirdi. Ancaq yaş yarıma qədər gözləmənin bir şeyi dəyişdirmədiyi məlum olduğu üçün ümumi olaraq bu mövzu ilə maraqlanan böyük mərkəzlərdə bir yaşında bərpa edilməsinin uyğun olacağı qərarına gəlinmişdir. Damaq yarığının bərpası xəstənin öz toxumaları ilə həyata keçirilir və bu yarığın hər iki tərəfindəki toxumalar istər yumşaq toxuma, istərsə də sümük üstündəki periost adlandırdığımız hissələrdən sıyrılaraq orta hissədən birləşdirilir. Ancaq bu birləşdirmə əsnasında əzələlər də bir-birinə yaxınlaşdırılır. Bu əzələlərin yaxşı bərpa edilmədiyi hallarda yumşaq damağın hərəkəti yaxşı olmayacaq və beləliklə danışıq qüsurları meydana gələcəkdir. Düzgün danışmaq üçün yumşaq damaq uzunluğu da yetərli olmalıdır ki, udlaqla damaq arasındakı klapan adlandırdığımız qapanma sistemini doğru-dürüst təmin edə bilsin. Bu təmin olunmadığı təqdirdə “burunda danışmaq” adlandırdığımız bir tip danışıq meydana gələcəkdir. Uşaqların normal danışmağa başladığı vaxtlar bir yaşdır və damaq yarığı bərpasının bir yaşından etibarən həyata keçirilməsi danışıq qüsurlarının azalmasına səbəb olacaqdır. Gecikdirilən damaq yarığı bərpalarında danışıq qüsurlarının nisbəti daha çox olacaq və bu xəstələrin loqoped tərəfindən müalicə olunması çox vaxt aparacaqdır. Yetərli və vaxtında edilmiş müdaxilə nəticəsində danışıq müalicəsinə daha az vaxt sərf ediləcəkdir.


Əməliyyatdan Sonra Qulluq

İstər dodaq, istərsə də damaq əməliyyatından sonra uşağın qolları təsbit edilərək əlini ağzına gətirə bilməyəcək şəkildə bir ay saxlanılmalıdır. Əks təqdirdə uşaq əlini ağzına soxa biləcək, istər dodağını, istərsə də damağını cıra biləcəkdir. Dodaq yarığı bərpasından sonra uşaq artıq əmzik şüşəsiylə qidalanmayacaq, bir qaşıq kənarından və ya stəkanla qidalanmaya keçiləcəkdir. Əmzik istifadə edilməyəcəkdir. Damaq yarığı bərpasından sonra yenə ağıza bərk maddələrin soxulması son dərəcə təhlükəlidir. Çünki damağın açılmasına səbəb ola bilər. Xüsusi ilə ilk iki həftə tamamilə sulu qidalar, ondan sonrakı iki həftə isə yumşaq qidalar (yoqurt və ya qarışdırılmış yumurta kimi) ilə qidalanacaqdır. Normal qidalanmaya ancaq əməliyyatdan bir ay sonra başlanacaqdır. Yenə bu mərhələdə uşağın ağzına qələm, fındıq, fıstıq kimi bərk maddələri soxmaması şərtdir. Damaq yarığı bərpasından sonra xəstələrin danışıq məşqləri etməsi baxımından loqoped sizlərə kömək edəcək və xəstənin müayinələrə aparılması zamanı fayda verəcəkdir. Xüsusilə şuraya gələrək qrup tərəfindən müayinə olunmağınız və bunu ildə bir dəfə etməyiniz uşağın mənafeyi baxımından çox faydalı olacaqdır. Damaq yarıqlı uşaqlarda qulağın iltihablanması əhəmiyyətlidir. Çünki yarıq damaqlı uşaqlarda tez-tez qulaq infeksiyaları müşahidə olunur. Xüsusilə boğazdan ventilyasiya borusu adlandırdığımız “yevstaxi” borusuna qidaların düşməsi ilə bu nahiyələrdə infeksiya yarana bilər. Uşaqlarda qulaq infeksiyasının erkən aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Lazım gəldikdə qulaq, burun, boğaz mütəxəssisi tərəfindən qulaq qişasına kiçik bir plastik ventilyasiya borusu yerləşdirilə bilər. Bu kiçik prosedura əməliyyat zamanı və ya daha sonra edilə bilər. Əlavə olaraq plastik cərrahınız dodaq, burun, diş ətləri və damaq funksiyaları və forması baxımından əlavə əməliyyat məsləhət görə bilər. Əlavə ehtiyaclarınızı dodaq və damaq yarığı komandasının üzvləri ilə danışaraq ödəyə bilərsiniz. Dodaq damaq yarıqlı uşaqlarda bəlkə də ən mühüm şey dodaq və ya damağın cərrahi bərpasının uzun bir prosesin sadəcə bir başlanğıcı olmasıdır. Ailə dəstəyi uşağınız üçün çox əhəmiyyətlidir. Sevgi və anlayış onun bu fiziki qüsuruna fikir vermədən özünə güvənərək böyüməsini təmin edəcəkdir.


Əməliyyatdan Sonrakı Mərhələ Və Şuranın Əhəmiyyəti

Dodaq yarığı əməliyyatından sonra xüsusilə iki yaş yarıma gəldiyi zaman burun dəliyindəki bir asimmetriyanın kiçik bir müdaxilə ilə bərpası geniş olaraq qəbul edilən bir haldır. Bu “dodaq yarığı burnunun düzəldilməsi” əməliyyatı adlanır. Belə bir bərpa buradakı qığırdaq deffektinin daha ağır vəziyyətə gəlməsinin qarşısını alır. Burada ediləcək əməliyyat estetik burun əməliyyatı deyildir. Buna görə on yeddi, on səkkiz yaşlarına qədər gözləmək lazım deyil. Əvvəlcə yanlış bir fikir ilə əməliyyat edilirdi və dodaq yarığına bağlı burun forması deffektinin bərpa edilməsi daha çətin şəklə gəlməsinə səbəb olurdu. Yenə uşağın inkişaf etməsi əsnasında dodağın inkişaf etməsindən asılı olaraq kiçik qüsurlar ortaya çıxarsa bunlar üçün də kiçik əməliyyatlar tələb oluna bilər. Bu proses on yeddi, on səkkiz yaşa qədər davam edə bilər. Damaq yarığından sonrakı mərhələdə isə xəstənin xüsusilə diş qövsündə bir yarıq varsa bunun ancaq otuz yaşından sonra bərpası və ya bu nahiyənin protezlə bağlanması məsləhət görülə bilər. Xüsusilə damaq yarıqlı uşaqlarda dişlərin böyüməsində əhəmiyyətli dərəcədə qüsurlar meydana gələ bilər. Bunlar çox yaxşı qorunmalıdır. Bununla bağlı dodaq-damaq yarığı şurasında sizə məsləhət görülənlərdən başqa hərəkət etməməyiniz uşağın ağzının inkişaf etməsi baxımından əhəmiyyət daşıyır. Yenə bu uşaqlarda ağızda inkişaf qüsurları da ola bilər. İstər yuxarı çənə, istərsə də aşağı çənənin normadan fərqli böyüməsi kimi problemlər də qarşımıza çıxa bilər. Bunun üçün ildə bir dəfə şurada müayinə olunmaq lazımdır. Bu şurada plastik cərrahın yanında dişlərlə bağlı ortodontiya bölməsinin komandası, loqoped, uşaq həkimi çalışır və xəstə sahiblərini doğru yola istiqamətləndirirlər. Yenə bur mərhələdə uşağın daha düzgün danışa bilməsi üçün minimum bir il loqoped müalicəsinə ehtiyacı olacaqdır. Bu loqoped ana, ata və uşağa yol göstərərək daha yaxşı və daha düzgün danışığı təmin edəcəkdir.