The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Burun Estetikası

Estetik əməliyyat insanın xarici görünüşünü bərpa etmək məqsədini daşıyır. Estetik burun əməliyyatı və ya “Rinoplastika” (burun nöqsanının cərrahlıq yolu ilə düzəldilməsi) insanın xarici görünüşünü bərpa etmək üçün burnun yeni formaya salınmasıdır. Bərpa rinoplastikası anadangəlmə qüsur və ya yaralanma nəticəsində yaranan forma deffektini bərpa etmək üçün həyata keçirilir. Əməliyyatdan sonra çox korlanan, adətən dağılmış burunlarda da bərpa əməliyyatı lazım ola bilər. Rinoplastika eyni zamanda daxildəki forma deffektinə əsaslanan burun tutulmasını sakitləşdirmək məqsədiylə həyata keçirilən əməliyyatla birlikdə də həyata keçirilə bilər.



RİNOPLASTİKA ÜÇÜN MÜVAFİQ NAMİZƏDLƏR


Rinoplastika üçün məsləhət görülən ən erkən yaş burun böyüməsi mərhələsinin 90%-nin başa çatdığı 16-17 yaşlardır. Biz qızlarda 17 yaşı, oğlanlarda isə 18 yaşı məsləhət görürük. 18 yaşdan yuxarı şəxslərdə qərara təsir göstərə biləcək dəyişiklik yaşdan çox sağlamlıq vəziyyətidir.

Aşağıda göstərilən hallardan hər hansı biri sizdə olduğu təqdirdə rinoplastika haqqında düşünə bilərsiniz:

• Burnunuz üzünüz üçün çox böyükdürsə,
• Burnunuzun profil görünüşündə zərbə və ya batıq varsa,
• Burnunuz qabaq hissədən çox enli görünürsə,
• Burnunuzun ucu sallanırsa,
• Burnunuzun ucu qalın və enlidirsə,
• Burun dəlikləriniz enlidirsə,
• Burnunuz əyri və ya yatıqdırsa,
• Keçirdiyiniz qəza burnunuzda asimmetriyaya səbəb olmuşdursa,
• Burnunuzda nəfəs almağınıza mane olan tutulma varsa



ƏMƏLİYYATDAN ƏVVƏLKİ QİYMƏTLƏNDİRMƏ

Rinoplastika əməliyyatını düşünən şəxsin atacağı ilk addım plastik cərrahla məsləhətləşməkdir. O, arzu etdiyi nəticənin qüsursuzluq deyil, bərpa olduğunu nəzərə alaraq əməliyyatdan sonra daha yaxşı görünmək və özünü daha yaxşı hiss etməklə bağlı ehtimallarını açıq şəkildə müzakirə etməlidir. Hər hansı bir estetik əməliyyatdan əvvəl təsbit olunacaq ən mühüm amillərdən biri emosional tarazlıqdır. Rinoplastika burnunuzun formasını dəyişə bilər, ancaq həyatınızı istiqamətləndirə bilməz. Estetik əməliyyat xarici görünüşünüzü bərpa edir və özünüzə olan inamınızı artırır, amma bundan sonrası sizdən asılıdır. Burnun fiziki müayinəsindən sonra cərrah metodla bağlı qərara təsir göstərə biləcək digər dəyişiklikləri sizinlə müzakirə edəcəkdir. İlk görüş zamanı cərrah istifadə olunacaq əməliyyat texnikası, narkoz, əməliyyatın harada keçiriləcəyi və bu əməliyyatla real olaraq nələrə nail ola bilər kimi sizin vəziyyətinizlə bağlı xüsusi detalları izah edəcəkdir.



Hər il minlərlə rinoplastika əməliyyatı müvəffəqiyyətlə tətbiq olunur. Yenə də əməliyyatın ehtimal oluna bilən təhlükələri və rinoplastika ilə bağlı xüsusi risklər haqqında məlumatlandırılmalısınız. Görünüşü bərpa etmək məqsədiylə ilk dəfə tətbiq aparılan əməliyyatdan sonra nadir hallarda ağırlaşmalar ola bilər (infeksiya kimi) Gec sağalma zamanı ikinci əməliyyat tələb oluna bilər. Ağırlaşma riski sağalma dövründə cərrahın məsləhətlərini diqqətlə tətbiq edərək azaldılır. Rinoplastika xərcləri və xəstəxana qiymətləri çox fərqlidir.



Plastik cərrahınızla ilk görüş zamanı aşağıda göstərilən mövzularla bağlı əksiksiz məlumat almağa diqqət etməlisiniz:

- Alacağınız tibbi müalicələr,
- Qəbul edəcəyiniz əlavə qida maddələri və bitkilərdən hazırlanan dərmanlar baxımından tibbi müalicəniz,
- Təngnəfəslik və ya nəfəs tutulmasına səbəb ola biləcək şərtləri yaradacaq allergiyalar,
- Təngnəfəsliyin aradan qaldırılmasına yardımçı olan burun spreylərindən necə istifadə edəcəksiniz?



Görüş nəticəsində estetik burun əməliyyatına qərar verildiyi və əməliyyat tarixiniz müəyyən olunduğu təqdirdə cərrahınız sizə əməliyyatdan əvvəl və sonra görəcəyiniz işlər haqqında məlumat verəcəkdir:

- Əməliyyatınızı və ya sağalma müddətinizi çətinləşdirəcək bəzi tibbi müalicələrdən uzaq durmalısınız.
- Əməliyyatdan 10 gün əvvəl aspirin və alternativ tipli dərmanları qəbul etməyin.
- Əməliyyatdan əvvəl və sonra müəyyən olunmuş dövrdə siqaret çəkməyin.
- Əməliyyatdan sonra yardım və qulluq üçün nəzərdə tutulan proseduralar sizə bildiriləcəkdir.



ƏMƏLİYYAT METODU

burun


Əməliyyat üçün istifadə olunacaq texnika sadəcə cərrahınızın seçimindən deyil, sizin əməliyyat nəticələrinizdən nə gözlədiyiniz və ehtimallarınızdan asılıdır. Cərrah sizin üçün müvafiq saydığı burun formasını kompyuterdə hazırlamalı, sizə təqdim edib istəklərinizə uyğun olub-olmadığını qiymətləndirməlidir (Kompyuterdə aparılan çalışma sadəcə planlaşdırmadır. Xəstələr bunu vəd olaraq nəzərə almamalıdır) Estetik rinoplastika burun ölçülərini kiçiltmək və ya böyütmək, ucunu yeni formaya salmaq, burun donqarını bərpa etmək, yuxarı dodaq ilə burun arasındakı bucağı uyğunlaşdırmaq məqsədiylə tətbiq olunur. Bəzi hallarda konturu bərpa etmək məqsədiylə üzə (alın, almacıqlar, çənə və sair) toxuma əlavə etmək lazım olur. Bu dəyişikliklərin biri və ya hamısı bir əməliyyatla həyata keçirilir. Metod hansı dəyişikliklərin istənildiyi və cərrahın nəyə uyğun gördüyünə əsaslanır. Əməliyyat cərrahınızın məsləhətiylə ambulatoriya müalicə mərkəzi və ya xəstəxanada həyata keçirilə bilər.



Burun əməliyyatındakı bir çox kəsiklər burun pərlərinin içində qoyulur və orada çalışılır. Buna “qapalı rinoplastika” deyilir. Digər hallarda cərrah kolumella qarşısındakı burun dəliklərini iki hissəyə ayıran zolaqda kiçik bir kəsik açaraq açıq rinoplastikanı tətbiq edir. Kəsik cərrahın sümük və qığırdaqları kəsmək, hamarlamaq, yenidən formaya salmaq və xarici görünüşü dəyişdirmək məqsədiylə hərəkət etməsi üçün giriş qapısını təmin edir. Burun donqarı tiyə və ya mişara bənzər bir alətin köməyilə hamarlanır və sonra iki tərəfdəki burun sümükləri daha dar körpü əmələ gətirmək üzrə tiyə ilə kəsilərək bir-birinə yaxınlaşdırılır.



Qığırdaq kəsikləri burun ucunu balacalaşdırır və daha yaxşı kontur əmələ gətirir. Burun köküylə yuxarı dodaq arasındakı bucağı düzəltmək məqsədiylə burun ucu lazım olan qədər qaldırılır. Bu prosedura pərlərdə edilmiş kəsik yoluyla burun ortasındakı qığırdağın hamarlanmasıyla həyata keçirilir. Əgər burnun yuxarı hissəsindəki böyük bir donqar düzəldilirsə, burun altı uyğun olmayaraq enli olacaqdır. Bəzi xəstələrdə struktur olaraq burun altı enli olur. Daraltmaq üçün aşağı hissədən kiçik dəri üçbucaqları çıxarılır və burun pərləri orta xəttdə yaxınlaşdırılır. Qığırdaq və selikli qişalar bağlandıqdan sonra burun bandajlanır. Bundan sonra sümük və qığırdaqları yeni vəziyyətdə qorumaq üçün burunda gipsdən bandaj tətbiq olunur.

Burnun orta qığırdağını qorumaq üçün xüsusilə də orta qığırdaqda əməliyyat aparılıbsa (deviasiya) burun tamponları yerləşdirilə bilər. Biz son zamanlar tampondan istifadə etmirik. Əməliyyat, ümumiyyətlə, saat yarım-iki saat davam edir, ancaq əməliyyatdan asılı olaraq əməliyyat müddəti uzana bilər.



TURKİSH DELİGHT (TÜRK RAHƏTÜLHÜLQUMU)

1989-cu il tarixində Dr.Onur Erol tərəfindən inkişaf etdirilmiş və dünya ədəbiyyatına “Turkish Delight” (Türk Rahətülhülqumu) texnikası olaraq daxil olan bu metodla estetik burun əməliyyatlarında yeni bir yol açılmışdır. Bu texnikada xəstənin çıxarılan qığırdaqları atılmır və bunlardan burnun yuxarı hissəsi və burun ucunda istifadə edilmək üçün “Turkish Delight” hazırlanır.

Bu metodla əməliyyatdan sonra meydana gələ biləcək qüsurlar minimuma endirilərkən təbii və əməliyyat olunduğu bilinməyən burun əldə etmək şansı çox artır. Bu texnika xarici ölkədə bir çox plastik cərrah tərəfindən mənimsənilərək tətbiq olunur. Onepin tərkibindəki həkimlərimizin hamısı bu texnikanı dərindən öyrənərək öz xəstələri üçün tətbiq edirlər.



Prof.Dr.Onur Erol dəvət edilərək iştirak etdiyi konqreslərdə və Onepdə canlı yayın əməliyyatları etmiş və minlərlə insan estetik burun əməliyyatlarında inkişaf etdirdiyi “Turkish Delight” (Türk Rahətülhülqumu) texnikasını izləmək fürsətini əldə etmişdir.



ƏMƏLİYYATDAN SONRA SAĞALMA
burun

Əməliyyatdan sonra dərmanlarla asanlıqla keçən yüngül bir ağrı ola bilər. Göyərmə və şişkinliyi azaltmaq üçün başınızı yuxarıda saxlayaraq yatmalı və gözləriniz üçün soyuq kompress tətbiq etməlisiniz. Çox nadir hallarda burun tamponları bir gündən sonra çıxarılır. Burun gipsi çox vaxt əməliyyatın birinci həftəsi çıxarılır və burunda şişkinliyin qarşısını almaq üçün bir həftə ərzində bandaj tətbiq olunur. Cərrahınız burun bandajlarını gecələr istifadə etməyinizi məsləhət görə bilər. Göz ətrafındakı göyərmələr əməliyyatdan sonra bir-neçə gün ərzində solğunlaşmağa başlayır və ümumiyyətlə ikinci həftə itir. Burundakı yüngül şişkinlik yavaş-yavaş çəkilir, bəziləri aylarla davam edir.



Estetik rinoplastikaların əksəriyyəti burun daxilində həyata keçirildiyi üçün görülə bilən yara izi olmur. Əməliyyat sadəcə enli burun pərlərini daraltmağı nəzərdə tutursa, hər iki burun pəri büküyündə çətinliklə hiss ediləcək kəsik tətbiq olunur.


Əməliyyat olunan şəxsin əməliyyatdan dərhal sonra dəyişiklik umması real deyildir. Normal sağalma dəqiq nəticənin hiss edilməsi üçün zaman tələb edən yavaş bir prosesdir. Bunun son vəziyyətini alması həftələr, aylar, hətta bəzi hallarda bir il davam edə bilər.



Hər nə qədər əməliyyatdan sonra bir, iki gün ərzində ayağa qalxsanız da plastik cərrahınız normal həyat tərzinizə yenidən başlamanız üçün müvafiq bir proqram məsləhət görəcəkdir. Tez sağalmaq üçün qaçmaq, üzmək və hətta önə əyilmək kimi qan təzyiqini artıran hərəkətlər ilk bir-neçə həftə məhdudlaşdırılmalıdır. İşə qayıtmaq qərarı insanın şişkinlik və narahatlıq dərəcəsinə görə dəyişir, 15 gün uyğun bir zamandır.



Göyərmələr olduğu təqdirdə kosmetik maddələrdən istifadə oluna bilər. Bununla yanaşı cərrahlar əməliyyatdan sonra bir-neçə həftə bərk ovmağı tələb edəcək kosmetik maddələrdən istifadə olunmasını məsləhət görmürlər. Göyərmələr keçənə qədər gündən qoruyucu kremlərdən istifadə olunması məsləhət görülür.

Hər kəsin sağalma sürəti fərqli olmaqla yanaşı aşağıdakı müddət ərzində sağalmağınız ehtimal oluna bilər:



İlk gün:

- Sağalmanın bu erkən dövründə şişkinlikləri azaltmaq üçün başınızı bir az yuxarı qaldırararaq dincəlməlisiniz.
- Hərəkətlərinizi minimum səviyyəyə endirməlisiniz.
- Az miqdarda sızma şəklində qanaxma və təngnəfəslik yaşaya bilərsiniz. Bu vəziyyət normaldır.

10 gün ərzində:
Şişkinlikləriniz maksimum səviyyəyə çatır və çəkilməyə başlayır.
Göyərmələriniz tədricən azalmağa başlayır.
Solğunluğunuzu gizlətmək üçün rahatlıqla makiyajdan istifadə edə bilərsiniz.
Varsa tikişləriniz sökülür.
Dərsinizə və ya çox ağır olmayan işlərinizə geri qayıda bilərsiniz.

Bir-neçə həftə sonra

- Bəzi normal fəaliyyətlərinizə və məşqlərə yenidən başlaya bilərsiniz (4-cü həftə)
- Şişkinliklərinizin böyük bir hissəsi gedir.
- Keyimə azalır, ancaq tamamilə normal vəziyyətə qayıtması bir-neçə ay davam edə bilər.
- Gözün ağ hissəsində qanaxma olmazsa, üçüncü gündən etibarən linzadan istifadə edə bilərsiniz.
- Eynəkdən istifadə etməyə başlaya bilərsiniz. Sizə verdiyimiz bandajın üstündən taxa bilərsiniz (6-cı həftə)
(Sağalmanın erkən dövründə xəstələr çox vaxt burunlarının rahat olması üçün eynəklərini lent ilə mühafizə edirlər)

Əməliyyatdan sonrakı aylarda burnunuzu gün işığından qorumalısınız. Gündən qoruyucu kremlərdən istifadə etməyiniz dəriniz üçün çox mühümdür.

RİNOPLASTİKADAN SONRA ALINAN NƏTİCƏLƏR
burun

Sağalma dərəcəsi tətbiq olunan bərpaedici prosedura və burnunuz, qığırdaqlarınız və dərinizin əsas strukturundan asılıdır. Aşkar şəkildə deffekt olan burunda gözə çarpan nəticə əldə edilir, digər tərəfdən bir az böyük burun da müvəffəqiyyətlə bərpa edilə bilər, ancaq nəticə gözə çarpmaya bilər.



Bəzi tip rinoplastikalardan sonra qohum və dostlarınız elə də böyük fərq hiss etmədiklərini söyləyə bilərlər. Belə reaksiyaları uğursuzluq əlaməti olaraq qəbul etməyin, tam əksinə əgər daha “yaxşı” və “təbii” görünən burundursa nəzərə çarpmayacaqdır. Nəticədə məqsəd nəzərə çarpan yeni burun yaratmaqdan çox üzün ümumi xüsusiyyətlərinə yaraşan, üzünüzün gözəlliyini artıran bir burun yaratmaqdır. Bəzən kiçik bərpa və müayinələr lazım ola bilər, əlavə əməliyyat tələb oluna bilər.



Təsirli bir elmi texnika tətbiq olunaraq estetik burun əməliyyatı edilmiş xəstələrdə nəticələrə müsbət və ya mənfi təsir göstərən amillər aşağıda göstərilmişdir:



Nəticələrə müsbət təsir göstərən amillər:

- Xəstənin yarasının problemsiz sağalması
- Əvvəlcə əməliyyat keçirməməsi
- Burun dərisinin nazikliyi
- Qığırdaqların qüvvətli olması
- Burun ucunun nazik olması
- Burun ilə üz arasında böyük uyğunsuzluq olmaması
- Əməliyyatdan sonra həkim məsləhətlərinə riayət edilməsi və yaxşı qulluq edilməsi

Nəticələrə mənfi təsir göstərən amillər:

- Xəstənin yarasının gec sağalması
- Burun dərisinin qalın, seboreik olması
- Qığırdaqların zəif olması
- Burun ucunun qalın olması
- Burun ilə üz arasında böyük uyğunsuzluq olması
- Əməliyyatdan sonra yaxşı qulluq edilməməsi



Bu uyğunsuzluqlardan tez-tez təsadüf olunanı çənənin burun və alına görə çox kiçik və arxada olmasıdır. Statistikalarda nisbət 25%-dir. Həkiminiz sizdə belə bir vəziyyəti təsbit edərsə, profilinizi daha proporsional etmək və estetik burun əməliyyatında əldə ediləcək müsbət nəticəni daha da artırmaq üçün sizə çənə böyütmək əməliyyatını məsləhət görə bilər. Səkkiz ildir ki, klinikamızda çənə böyütmə əməliyyatında protez əvəzinə sizin toxumalarınızın iynə ilə çənə nahiyəsinə köçürülməsi texnikası istifadə olunur. Əldə ediləcək müsbət nəticə sizinlə yanaşı həkiminizə də müsbət təsir göstərəcəyi üçün həkiminiz bu əməliyyatı etməyi arzu edər, bu səbəblə burun estetikası ilə eyni seansda keçirilir.



Nəticələrə çox mənfi təsir göstərən amillər:

- Əvvəlcə əməliyyat olunması
- Əvvəlcə birdən çox əməliyyat keçirməsi
- Əməliyyatda yenidən böyük bir müdaxilə ilə qabırğa və qulaq qığırdağının aşılamasına ehtiyac duyulması
- Əməliyyat olunacaq dərinin sağlam olmaması
- Əməliyyat olunacaq dərinin bərk, çapıq və müalicəni çətinləşdirəcək dərəcədə qüsurlu olması



Bu xəstələrə bir növ qurtarıcı olaraq müdaxilə edilməlidir. Belə hallarda heç bir zaman ilkin müdaxilə kimi nəticələr əldə edilə bilməz, ancaq çox pis görkəmlərin insanın cəmiyyət içinə rahat çıxa bilməsi üçün qəbul edilə bilən ölçüdə bərpa edilməsini təmin edir. Bu qrupda birdən çox bərpa əməliyyatlarına ehtiyac ola bilər.