The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Bedən Estetikası




 Liposaksiya    Qarın Daralması    Ayaq Əyriliklərinin Düzəldilmesi 
     
 Qol Daraltma   Bud Daraltma  

LIPOSHAPING = BODYSHAPING = BODYSCULPTURING = BODYCONTOURING LİPOSAKSİYA TEXNİKASI TƏTBİQ OLUNARAQ HƏYATA KEÇİRİLİR.





İstifadə olunan terminlərin lüğət mənası:


Liposhaping = Piylərin formaya salınması
Bodyshaping = Bədənin formaya salınması
Bodysculpturing = Bədənin artistik heykəltaraşlığı
Bodycontouring = Bədən konturlarının düzəldilməsi

Yuxarıdakı bütün terminləri əhatə bu formaya salma prosedurası liposaksiya texnikası tətbiq olunaraq həyata keçirilir.

Liposaksiya (vakuumla piy götürmə) ilə bədənin formaya salınması regional olaraq toplanmış artıq piy yığılmalarını uzaqlaşdırma texnikasıdır. Bu texnika ilə qollar, diz, ayaqlar, bədən, kürək, döş, boyun, çənə altı və ən çox budlar, xarici omba, daxili omba, ön omba, budun yanları və qarın ətrafındakı piy yığılmaları uzaqlaşdırılır və bu hissələrə yeni forma verilir.

1980-ci ilə qədər bədəndəki piy yığılmalarının formaya salınması cərrahi kəsiklərlə həyata keçirilirdi. Bunun nəticəsində istənilməyən yara izləri yaranırdı və bu vəziyyət xəstələri narahat edirdi. Kiçik dəliklərdən girilərək piyin vakuum ilə götürülməsi, beləliklə bədən formasının düzəldilməsi plastik cərrahiyyəyə yol açmışdır. Kəsiksiz və bilavasitə izsiz bir metodun inkişaf etməsi xəstə və həkimləri çox xoşbəxt edir.