The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Asma Texnikaları




 Boyun Buxaq Asma      Yanaq Asma      Asma Texnikaları 
 Bud Asma  Döş Asma  Qaş Asma
 Yuxarı Dodaq Asma     

Dodaq Asma

İnsan yaşa dolduqca dodaqdakı hərəkət və mimik əzələlər zəifləyir, sallanır, həmçinin dəri altı toxumalar da azalaraq zəifləyir. Gənc ikən dolğun olan dodaqlar nazikləşir və uzanır. Bəzi gənclərin üst dodağının quruluşu uzundur. Prof. Dr. Onur Erolun təkmilləşdirdiyi bir metodla üst dodaq kəsilmədən və bilavasitə iz qoymadan sadəcə tikişlə burun altına asılması ilə dodağın hündürlüyü qısaldılır. Dodaq asılması prosesi dodağa yağ və ya toxuma kokteyli inyeksiyası ilə yanaşı həyata keçirilərsə həm dodaq qalınlaşır, həm də dodağın burunla olan məsafəsi qısalır. Bu metod üstün dərəcəli dodaq qırışıqlılığı olan xəstələrdə lazerlə birlikdə tətbiq olunduğu zaman daha effektiv nəticələr verir.


Tez-Tez Verilən Suallar

S: Dodaq asılması asan proseduradır? Tətbiqetmə müddəti nə qədərdir?
C: Çox asan və 5-10 dəqiqə davam edən, yerli anesteziya ilə aparılan proseduradır.


S:Davamlılığı nə qədərdir?
C: Şəxsə görə 1-5 ildir. Asma üçün istifadə olunan tikiş qalıcı tikiş deyildir. 1.5 ay ərzində toxuma içində əriyir, beləliklə insanda qalıcı bir tikiş narahatçılığı olmur.


S: Asma metodu neçə dəfə təkrarlana bilər?
C: Məhdudiyyət yoxdur, kəsik olmadığı üçün və çox sadə bir əməliyyat olduğu üçün dəfələrlə təkrarlana bilər.