The American Society for Aesthetic Plastic Surgery (ASAPS)
SGS System Certification ISO 9001:2000
Quality Management

Akne İzləri

Akne izləri


İkili müalicə ilə azaldılır: yağ inyeksiyası və lazer


Əsasən gənclik zamanında əmələ gələn bir növ sivilcə olan aknelər, yetişginlik illərində də ortaya çıxa bilər. Əmələ gələn sivilcələrin sağalmasının ardından geriyə qalan izlər olaraq da bilinən aknelər, dərin çuxurlar və kist şəklində görülə bilər. İnkişaf etmiş texnologiyayla birlikdə artıq akne izlərinin görünüşü böyük miqdarda düzəldilə bilər.

1. İllər öncə akne izlərinin azaldılması üçün “Dermabrazyon” deyilən bir zımparalama işləmi tətbiq edilirdi. Plastik cərrahlar tərəfindən uzun zaman istifadə olunan bu zımparalama metodu bəzi xəstələrdə son dərəcə müsbət nəticələr təqdim etsə də, yenə də ümumilikdə kifayət qədər deyildi. İstifadə edilən bu texnikanın yetərsiz qalması, bizim də daha yaxşı arayışlara girməsinə səbəb olmuşdur. (Klinikamızda artıq bu tip tətbiqlər istifadə edilmir.)
2. İkinci addım TCA peeling yəni kimyəvi peeling olaraq bilinən tətbiqlər ortaya çıxmışdır. Bu metod, problemli bölgənin soyulması və sonrasında da epitel toxumanın daha düzgün bir şəkildə oəmələ gəlməsini təmin edir. (Klinikamızda, artıq bu tip tətbiqlər də istifadə edilmir.)
3. Bu metod tək başına istədiyimiz nəticənin alınmasını təmin etmədiyi üçün kimyəvi soyma ilə zımparalama tətbiqlərini birlikdə istifadə etdik. Üçüncü addım olaraq adlandırılan bu tətbiq daha müsbət nəticələr alınmasını təmin etsə də, fəsadların ola bilməsi estetik cərrahların daha texnoloji tətbiqlərə ehtiyac hiss etməsinə səbəb olmuşdur. (Klinikamızda, artıq bu növ üçüncü addım müalicələr də tətbiq edilmir.)
4. Fəsad riskini minimuma endirmək və daha düzgün soyma əməliyyatı edilməsi üçün lazer texnologiyası istifadə edilməyə başlandı. İlk nəsil lazerlər istənilən nəticələrin alınmasında yetərsiz qalsa da, sonra inkişaf etdirilən Erbium və Karbondioksit lazerlər düzgün bir soyma əməliyyatı gerçəkləştirdiyindən, daha düzgün yeni epitel toxuması əmələ gəlməsində olduqca uğurlu nəticələr vermişdir.

Lazer texnologiyasının sürətli bir şəkildə inkişafına baxmayaraq günümüzdə belə tam mənada qüsursuz bir sıfırlama təmin etmək mümkün olmamışdır.
 Normalda 30-40 % qədər düzəlmə təmin edilən xəstələrdə bu düzəlmə, 50-60% nisbətinə çıxa bilmə səviyyəsinə gəlmişdir. İllik müntəzəm təkrarlamalar ilə girintili dəri səthinin daha düzgün hala gəlməsi təmin edilmişdir. Əsasən də əsmər dərili insanlarda soyma prosesi sonrası əmələ gələn ləkə ehtimalını azaltmaq üçün bir ön müalicə tətbiq edilir. Bu ön müalicədə; soyma prosesindən əvvəlki üç ya da altı həftə Retin-A (Tretinoid Asit) və Expigment kimi dərmanlar istifadə edilir və lazer tətbiqinə dərman müalicəsindən sonra başlanır. Bu soyma prosesindən sonra dəridə 1 ilə 3 ay arasında düzələn qızartılar olur ki; bu vəziyyət makiyaj imkanı olan qadınlar üçün deyil, makiyaj edə bilməyən kişilər üçün vacib bir problemdi. Bu tətbiq, günəşin təsir etdiyi aylarda və ən əsas da yay fəslində edilməməlidir. Günəşin ən az təsir etdiyi qış aylarında belə tətbiq etdikdən sonra yüksək faktorlu qoruyucuların istifadə edilməsi lazımdır.
Daha müsbət nəticələr almaq üçün texnologiya yönümlü axtarışlar davam etmiş, Fraxional Lazerin icadçısı Fraxel adında və FDA təsdiqi alan yeni bir cihaz ortaya çıxmışdır. Fraxel sayəsində soymağa ehtiyac qalmadan ancaq 5-6 lazer tətbiqinin arxasından eyni nəticənin alınması təmin edilmişdir. Bu cihazın təqdim etdiyi avantajlardan biri də, qızartının sadəcə 1-2 gün davam etməsidir. Hər hansı bir soyma prosesi edilmədiyindən, yara riski də çox azdır. Vacib bir digər üstünlük, əsmər dərili insanlarda Hiperpiqmentasiya adı verilən ləkələrin əmələ gəlmə riskinin çox az olmasıdır. İnsana görə dəyişməklə birlikdə 5 seansla ortalama 30-40% düzəlmə təmin edilir, nadir olaraq da daha yüksək düzəlmə əldə edilə bilər. Geriyə dönüş etmək sürətiylə Fraxional lazerlər, bu dəfə də Karbondioksit lazer olaraq qarşımıza çıxmışdır. Bu lazerlər sayəsində həm daha sürətli sağalma təmin edilir, həm də tək seans yetərli olur. Soyan növdəki Fraksional lazer cihazı ilə tək seansda ortalama 40% düzəlmə əldə edilə bilər. Yay mövsümündə günəş şüaları yüksək təsirə sahib olduğu üçün qış aylarına üstünlük verilməli və mütləq yüksək faktorlu qoruyucular istifadə edilməlidir. Akne izləri yalnızca epidermisdə çuxurlaşma və dermisin qismən yox olması demək deyil, ölü toxumalar ilə toxuma ərimələrinin yol açdığı çuxurlaşma da deməkdir. Bu səbəbdən son zamanlar soyma prosesinə əlavə olaraq dəri altına müdaxilə metodları da istifadə edilir. Toxuma kokteyli və yağ toxuması mikro inyeksiyalarıyla dəri altına edilən bu müalicə, çuxurların dolmasına və özünü yeniləməsinə köməkçi olur. Kök hüceyrələrinin toxumaları təmir etməsi sayəsində həyata keçirilən bu təsir, bugün artıq onsuzda xalqımızın böyük hissəsi tərəfindən bilinir.
Son texnologiyaya görə; 5-6 seans davam edən Fraxional lazer soymadan müalicə ilə mikro yağ toxuması müalicəsi ya da Karbondioksit lazerle tək seansda soyaraq və yenə yağ inyeksiyasını edərək müalicə edilir. Lazerlə soymanın ildə bir dəfə, yağ inyeksiyalarıyla isə 3 ayda bir, 3-4 dəfə təkrarlanması uyğundur. Ancaq yenə də, xəstənin dümdüz və qüsursuz bir dəriyə sahib olacağına dair gerçək olmayan gözləntilərə qapılmamalıdır. Xəstənin doğru şəkildə məlumatlandırılması doktora düşən böyük bir məsuliyyətdir.

Akne izlərinin yox edilməsi üçün tətbiq edilən müalicənin illik periyodlarla təkrarlanmasında fayda var.

Beş, altı seans olaraq tətbiq edilən Repair Lazer ilə bağlı daha çox məlumat üçün basın.